Qorqut Atamız

Bir izdir gəlibdir iller içindən

Qutsallıq izidir Qorqut Atamız

Bir yoldur seçilmiş yollar içindən

Yolların düzüdür Qorqut Atamız

                    *****

Olmuşdur ozanlar ərənlər piri

Dilində var idi övliya siri

Bayatlı idi yirmi dörd boydan biri

Oğuzun gözüdür Qorqut Atamız

                  *****

Ellərində zaman-zaman gezibdir

Qəhrəmanlıq dastanların düzübdür

Aşıqlığın təməlini yazıbdır

Ozanlar sözüdür Qorqut Atamız

                *****

Dedi elim səsin aləmə salar

Mərd igiddən gələcəyə ad qalar

Bir simgədir bizi Türklüyə alar

Orxunda yazıdır Qorqut Atamız

            ****

Elsevənəm elim şövkətli-şanlı

Bir yola girmişəm çənli-dumanlı

Zülmətə uğrama ey Türk Turanlı

Aydınlıq közüdür Qorqut Atamız