اوستاد شاعر بهرام اسدی دن دده قورقوت حاقدا بیر شعر
dədəmiz
Bir elin möhtəşəm atası kimi
Yaşadı dədəmiz qaldı dədəmiz
Ölməz igidlərin qəhrəmanlığın
Canlı bir tarixə saldı dədəmiz
El ilə yaşadı şənlik olanda
Eldən ayrılmadı güllər solanda
El bir çətinliyə dərdə dolanda
Dərin düşüncəyə daldı dədəmiz
Dədəm dədələrdən söz söyləyərkən
Ərənlərə ərlik ar diləyərkən
Oğuzun sorunun həll eləyərkən
Aldı qopuzunu çaldı dədəmiz
Dilində duası olduğu yandan
Sözündə səfası olduğu yandan
Əlində butası olduğu yandan
Şöhrəti əbədi oldu dədəmiz
Dədəmin kitabın ələ tutanda
Sevgilər yaranır şanlı vətəndə
Yüz illərdən bəri bizə çatanda
Sınmazın ürəgin aldı dədəmiz.
+ نوشته شده در سه شنبه بیست و دوم شهریور ۱۳۹۰ ساعت 11:49 PM توسط احمد اسدی---Əhməd Əsədi
|