49 ildən sonra gərçəkləşdi, aşıq Fərhadın səsi yenidən Urmu şəhərində havalandı
Gənc aşıqlar: 49 ildən sonra gərçəkləşdi, aşıq Fərhadın səsi yenidən Urmu şəhərində havalandı
Aşıq Fərhad SƏLİMOĞLU 1894-cü ildə Urmunun Dol mahalında olan Samırtı kəndində dünyaya göz açmışdı. Öz dövrünün ən adlım aşığı olan Fərhad, ömrü boyu beş səfər Borçalı və Tbilisə getmişdir və elə buna görədə həyat yoldaşı Gürcüstandan idi.
Aşıq Fərhad 1963-cü ilin yanvar ayının 22-ci günündə bu dünyadan göz yumaraq, əbədi dünyaya köçmüşdü.
Xatırlatmalıyıq, aşıq Fərhadın səsi indiyədək yox idi və o ustadın səsinin olmadığı düşünülürdü. Ama şəhrimizin ağ saqqallarından o ustadın səsini bir dəfə Tehrandan gəlib və qədim qramafon səhifələrində zəbt etmişdilər sözünü duyduq .elə bu söz bizi araşdırmağa məcbur etdı və nəhayət neçə müddət axtarılan səslər ,Əhməd Əsədi tərəfindən Tehran radyosunun arxivindən bulundu və Urmuda bu səslər yayımlandı. İki havadan təşkil tapan bu səs, taciri və cəmşidi havalarından ibarətdir.
.